Lloyd Ostin: İran Ukraynadakı müharibədən təcrübə əldə edir və onu Yaxın Şərqdəki iranpərəst qruplaşmalara ötürürbackend

Lloyd Ostin: İran Ukraynadakı müharibədən təcrübə əldə edir və onu Yaxın Şərqdəki iranpərəst qruplaşmalara ötürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynadakı hərəkətlərə dəstək müqabilində İranla görünməmiş hərbi əməkdaşlığa razılaşıb.

Editor.az xəbər verir ki, Pentaqon rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantla keçirdiyi mətbuat konfransında bildirib. O, Tehran və Moskva arasında artan “strateji tərəfdaşlıq”dan narahat olduğunu bildirib.

Ostin qeyd edib ki, İranın Ukraynadakı dəstəyinə cavab olaraq Rusiya İrana misilsiz hərbi əməkdaşlıq, o cümlədən raketlər və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq təklif edib. Onun sözləri ABŞ Müdafiə Nazirliyinin saytında verilib. Pentaqonun rəhbəri bildirib ki, Rusiya Federasiyası ilə İran arasında əməkdaşlıq, digər məsələlərlə yanaşı, Ukraynada İranın pilotsuz təyyarələrinin istifadəsində də özünü göstərir. İran Ukraynada mühüm hərbi təcrübə əldə edir və o, bu təcrübənin Yaxın Şərqdəki iranpərəst qruplaşmalara ötürə bilər.

Moskva və Tehran bundan əvvəl dəfələrlə Rusiya hərbi əməliyyatları zamanı istifadə üçün pilotsuz təyyarələrin tədarükünü rədd etmişdilər. Qeyd edək ki, Lloyd Ostin Yaxın Şərqdə səfərdədir. Əsas müzakirə mövzuları İran təhlükəsi, Tehran və Moskva arasında əməkdaşlığın region üçün yaratdığı risklər, həmçinin Fələstin-İsrail münaqişəsinin gərginləşməsidir.

  //Samir Qurbanov, Editor.az