Mariupola Rusiya hərbi sursatının və texnikasının daşınması intensivləşib: nə baş verir?backend

Mariupola Rusiya hərbi sursatının və texnikasının daşınması intensivləşib: nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk vilayətinin müvəqqəti işğal edilmiş Mariupol şəhərində Rusiya hərbçilərinin canlı qüvvə və texnikasının köçürülməsi yenidən intensivləşib.

Editor.az bildirir ki, bu barədə bartın 6-da şəhər merinin müşaviri Petr Andryuşşenko Telegram-da danışıb. Onun sözlərinə görə, “Rusiya qüvvələrinin Mariupol vilayətində cəmləşdirilməsi davam edir. Kolon kolon dalınca gəlir. Bu gün Novoazovsk (Donetsk vilayəti) istiqamətindən şəhərdən keçərək Zaporojyeyə doğru ən azı 15 ədəd tırtıllı maşından ibarət kolon gəlib”, – şəhər merinin müşaviri yazıb.

O, qeyd edib ki, Donetsk şossesi boyunca da Mariupola hərbi sursatın və texnikanın daşınması qeydə alınıb. Ümumilikdə, hərbi kontingentin yenidən artması müşahidə olunur. Bu dəfəki texnikalar əsasən təzədir və konservasiyadan çıxarılmayıb”, – Andryuşşenko yekunlaşdırıb.

  //Samir Qurbanov, Editor.az