Masallıda 11 yaşlı qız hamam otağında ölü tapıldıbackend

Masallıda 11 yaşlı qız hamam otağında ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Editor.az xəbər verir ki, hadisə Masallı rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü qəsəbə sakini Zəhra Tofiq qızı Məmmədovanın cansız bədəni hamam otağında aşkar edilib.

Onun yıxılaraq travma aldığı və bu səbəbdən dünyasını dəyişdiyi ehtimal olunur. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /Report