İtkin düşən pişik 10 ildən sonra ailəsinə qovuşdubackend

İtkin düşən pişik 10 ildən sonra ailəsinə qovuşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da itkin düşən bir pişik 10 ildən sonra yenidən ailəsinə qaytarılıb.

Ailə 2016-cı ildə Dodger adlı pişiyi sahiblənmişdi. Həmin dövrdə onlar Kaliforniyadan Floridaya köçməyi planlaşdırırdılar.

Editor.az bu barədə UPI agentliyinə istinadən xəbər verir ki, səfər zamanı pişik avtomobildən qaçaraq itib. Aparılan çoxsaylı axtarışlara baxmayaraq, onun izinə 10 il ərzində rast gəlinməyib.

Məlumata görə, Dodger bütün bu müddət ərzində yaxın ərazilərdə qalıb. Onun taleyi isə təsadüf nəticəsində dəyişib. Yerli heyvan müdafiəsi təşkilatının könüllüsü küçə pişiklərinin sterilizasiya proqramı çərçivəsində bir neçə pişiyi toplayarkən onlardan birində mikroçip olduğunu aşkarlayıb.

Araşdırma zamanı məlum olub ki, məlumatlar uzun illər əvvəl Corciya ştatında məskunlaşmış əvvəlki sahiblərinə aiddir.

Mikroçipi aşkar edən könüllü Sidney Şerman bildirib ki, pişiyin sonda aid olduğu ailəyə qayıtması onları çox sevindirib.

Sidney Şerman Floridaya səfər planlaşdırdığından ailə ilə şəxsən əlaqə saxlayıb və Dodgeri onlara təhvil verib.

//Gülnarə Abasova, Editor.az