Donald Trampdan Vladimir Putinə vacib xatırlatmabackend

Donald Trampdan Vladimir Putinə vacib xatırlatma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı onu Ukraynaya qarşı müharibənin dayandırılmasını İran təşəbbüslərindən üstün tutmağa çağırıb.

Trampın sözlərinə görə, Putin Vaşinqton və Tehran arasında potensial razılaşmanın əsas mövzusu olan İranın zənginləşdirilmiş uranı məsələsinə həll yolları təklif edib. Eyni zamanda, ABŞ prezidenti Kremlin müharibənin dayandırılması üçün təcili addımlar atmasını gözlədiyini vurğulayıb. “Mən dedim ki, ‘Ukrayna ilə müharibənin dayandırılmasında sizin iştirak etməyinizi daha çox istərdim’. Mən dedim ki, ‘Mənə kömək etməzdən əvvəl sizin müharibənizi bitirmək istəyirəm'”, – deyə Tramp aprelin 29-da Putinlə söhbətində bildirib.
Tramp sərt mövqeyini bir daha təkrarlayıb: Tehranla hər hansı bir razılaşma yalnız nüvə silahlarından tamamilə imtina və zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi ilə mümkündür. İran nüvə proqramının yalnız mülki xarakter daşıdığını israr edir və bu cür tələbləri rədd edir.

Kreml öz növbəsində ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlarına qarşı xəbərdarlıq edib. Putinin köməkçisi Yuri Uşakov belə bir ssenarinin bütün dünya üçün “fəlakətli nəticələri” barədə xəbərdarlıq edib.

//Samir Qurbanov, Editor.az