Minsk hava limanında başqasının pasportu ilə uçmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıbbackend

Minsk hava limanında başqasının pasportu ilə uçmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minskin Oktyabrski Rayon Məhkəməsində Azərbaycan vətəndaşının (ad yoxdur-red.) cinayət işinə baxılıb. O, bilərəkdən saxta sənəddən istifadə etdiyinə görə mühakimə edilib.

Editor.az xəbər verir ki, bu barədə Minsk nəqliyyat prokurorunun böyük köməkçisi Aleksandr Martinçik məlumat verib. Onun sözlərinə görə 2022-ci il iyulun 24-də Azərbaycan vətəndaşı (?) Minsk Milli Hava Limanından Bakıya uçmaq üçün ona məxsus olmayan pasportdan istifadə etməyə çalışıb. O, həmin pasportu aviabiletin alınması və reysin qeydiyyatı zamanı, yoxlamadan və Belarusun dövlət sərhədini qanunsuz keçərkən təqdim edib. Təqsirləndirilən şəxs özünü təqsirli bilib və Belarus Respublikası Cinayət Məcəlləsinin 380-ci maddəsi ilə 2 ay müddətinə həbsə məhkum edilib. Hökm qanuni qüvvəyə minib.

  //Samir,Editor.az