NATO-nun baş katibi: Stokholm Ankaranın narahatlığını aradan qaldırmaq üçün mümkün olan hər şeyi edirbackend

NATO-nun baş katibi: Stokholm Ankaranın narahatlığını aradan qaldırmaq üçün mümkün olan hər şeyi edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsveç may ayında keçiriləcək seçkilərdən sonra Türkiyənin razılığını ala bilər.
Editor.az bildirir ki, bu sözləri NATO-nun baş katibi Stoltenberq iyulun 11-də Alyansın illik liderlər sammitinə toxunarkən deyib: “Mənim məqsədim dəyişməz olaraq qalır: Türkiyədə seçkilərdən sonra, lakin Vilnüs sammitindən əvvəl biz İsveçin də ratifikasiyasını ala bilərik”.
Bununla belə. Stoltenberq son qərarın son nəticədə Türkiyədən asılı olduğunu vurğulayıb. Macarıstan da İsveçin təklifini hələ ratifikasiya etməyib, lakin Türkiyə əsas maneə kimi görünür: “Söhbət suveren milli parlamentlərdən gedir və təbii ki, mən onların adından heç bir təminat verə bilmərəm”, – Stolenberq deyib.
Stoltenberq vurğulayıb ki, onun fikrincə, Stokholm Ankaranın narahatlığını aradan qaldırmaq üçün mümkün olan hər şeyi edib: “İsveç razılaşdırılmış üçtərəfli memorandum üzrə öhdəliklərini yerinə yetirib. Çətin danışıqlar olub, lakin İsveç sübut edib ki, Türkiyə ilə əməkdaşlığı gücləndirir, terrorla mübarizə aparır, kəşfiyyat, məlumat mübadiləsi edirlər. İsveçdən Türkiyəyə silah ixracına heç bir məhdudiyyət yoxdur, – deyə Stoltenberq əlavə edib.
  //Samir Qurbanov,Editor.az