Norveç Rusiya ilə viza razılaşmasını dayandırıbbackend

Norveç Rusiya ilə viza razılaşmasını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç 2007-ci ildə Rusiya ilə bağladığı viza müqaviləsini Rusiya və Ukrayna arasında müharibə olduğu üçün dayandırmışdı.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə İmmiqrasiya Xidmətinin (UDI) bəyanatında məlumat verilib. Bəyanatda Norveçin Rusiya ilə viza rejiminin sadələşdirilməsinə dair sazişin 22 sentyabr 2022-ci il tarixindən etibarən müvəqqəti olaraq dayandırıldığı yazılıb.

Müqavilə rusların Norveçə asanlıqla daxil olmasının qarşısını alıb və bununla da Rusiya vətəndaşları indi daha sərt qaydalara əməl etməyə məcbur olacaqlar. Viza üçün müraciət edən rusların 45 günə qədər gözləmə müddətləri ilə üzləşəcəkləri, eyni zamanda, viza haqqı üçün keçmişdə ödənilən 35 dolların 80 dollara yüksəldiyi bildirilib. Baltikyanı ölkələr Estoniya, Litva, Latviya və Polşa bu həftənin əvvəlində ruslara turist vizası almağı qadağan edib.

//Safura Bənnayeva