Paşinyanın gizli səfəri ZƏNGƏZURU QARIŞDIRDI – Nikola HÜCUM EDİLDİ, mühafizəçisi… (VİDEO)backend

Paşinyanın gizli səfəri ZƏNGƏZURU QARIŞDIRDI – Nikola HÜCUM EDİLDİ, mühafizəçisi… (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Sünik (Zəngəzur) vilayətində Baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir.

Editor.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, Mehri şəhərindəki mitinqə onlarla vətəndaş toplaşıb. Onlar Paşinyanın şəhəri tərk etməsini istəyiblər.

Məlumata görə, etirazçılar baş nazirin avtomobilinə hücum edib. Hadisə zamanı Paşinyanın mühafizəçisinin paltarı cırılıb.

Paralel olaraq şəhərdə Paşinyana dəstək aksiyasına da start verilib. Bir müddət sonra Paşinyanın əleyhdarları ilə tərəfdarları arasında toqquşma yaşanıb və hüquq-mühafizə orqanı əməkdaşlarının müdaxiləsi ilə vəziyyət stabilləşib.

Paşinyanın əleyhdarlarının hələ də baş nazirin kortejinin keçəcəyi yolu bağlı saxladığı bildirilir.

Qeyd edək ki, Paşinyan dünən gecə gizli şəkildə Zəngəzura səfər edib.