Polşada ermənilər azərbaycanlı gənclərə silahla hücum edibbackend

Polşada ermənilər azərbaycanlı gənclərə silahla hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Krakov şəhərində bir qrup erməni azərbaycanlı gənclərə silahlı hücum edib.

“Report”un Avropa bürosuna daxil olan məlumata görə, oktyabrın 5-də axşam saatlarında şəhərdə əllərində Azərbaycan bayrağı ilə gəzən 4 azərbaycanlı gəncə 3 erməni yaxınlaşaraq nalayiq ifadələr işlədib.

Azərbaycanlıların reaksiyası mübahisəyə səbəb olub, əlbəyaxa dava düşüb.

Bu zaman ermənilərdən biri qaz tapançası çıxararaq atəş açıb və qaçıblar.

Xoşbəxtlikdən azərbaycanlılar arasında xəsarət alan olmayıb.