“Putini müharibəyə başlamağa məcbur ediblər”- Berluskonibackend

“Putini müharibəyə başlamağa məcbur ediblər” Berluskoni

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinin partiyası, nazirləri və ictimaiyyət onu Ukraynada müharibəyə başlamağa məcbur edib”.

AzPolitika.info xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri, Forza İtalia Partiyasının lideri Silvio Berluskoni deyib.

Berluskoni Rusiya lideri Putinin “çətin və dramatik” vəziyyətə düşdüyünü bildirib.

“Donbasdakı iki ruspərəst respublika nümayəndələri Moskvaya gedərək, mətbuata açıqlamalar verdilər. Onlar Zelenskinin hücumlarının artdığını bildirərək, Putindən kömək istədilər. Ona görə də Putini bu xüsusi əməliyyatı həyata keçirməyə Rusiya xalqı, onun partiyası və nazirləri sövq edib. Əslində, əsgərlər bir həftədən sonra Kiyevə girməli və Zelenskini başqa bir adamla əvəz etməli idilər. Ancaq Rusiya Ukraynada gözlənilməz müqavimətlə qarşılaşdı”,– Berluskoni bildirib.