Qadın elektrik naqilinin üzərinə yıxılıb öldübackend

Qadın elektrik naqilinin üzərinə yıxılıb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Editor.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Yolçubəyli kəndində baş verib. Kənd sakini Mehrəliyeva Güldərən Təvəkkül qızı yaşadığı evin həyətində su nasosunu qoşmaq istəyərkən sürüşərək nasosa gələn elektrik naqilinin üzərinə yıxılıb.

Hadisə nəticəsində qadını cərəyan vurub öldürüb.

Faktla bağlı araşdırma aparılır.