Qidalanma mütəxəssisi gec saatlarda yeməyin təhlükələrini açıqlayıbbackend

Qidalanma mütəxəssisi gec saatlarda yeməyin təhlükələrini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qidalanma üzrə mütəxəssis Luis Millares gec saatlarda qida qəbulunun ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.

Editor.az xəbər verir ki, bu barədə ABC nəşrinə istinadən məlumat yayılıb.

Mütəxəssisin sözlərinə görə, mütəmadi olaraq gec saatlarda axşam yeməyi yemək qanda şəkər səviyyəsinin və lipid mübadiləsinin pozulmasına gətirib çıxarır. Uzunmüddətli perspektivdə bu vərdiş piylənməyə səbəb ola bilər. Bundan əlavə, yatmazdan iki saat əvvəl qida qəbul edən şəxslərdə diabet inkişaf etmə riski təxminən 50 faiz daha yüksək olur.

Millares həmçinin əlavə edib: “Əgər sağlamlığınızı yaxşılaşdırmaq istəyirsinizsə, axşam yeməyini daha erkən saatlarda yeyərək və ekranlardan yayılan mavi işıqdan uzaq duraraq bioloji ritminizə hörmət edin”.

//Gülnarə Abasova, Editor.az