Yaxın Şərqdə davam edən münaqişələr fonunda dünya tarixinin ən ciddi enerji böhranlarından biri ilə qarşı-qarşıyadır.
Editor.az xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Jørgensen açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyət qlobal miqyasda misli görünməmiş enerji böhranı yaradıb. Brüssel şəhərində keçirilən mətbuat konfransında çıxış edən komissar deyib:
“Dünya, böyük ehtimalla, tarixinin ən ağır enerji böhranı ilə üz-üzədir. Bu böhran iqtisadiyyatlarımızın, cəmiyyətlərimizin və tərəfdaşlıqlarımızın dayanıqlığını ciddi sınaq qarşısında qoyur”.
Jørgensen əlavə edib ki, Yaxın Şərqdə münaqişə başladıqdan sonra Avropa İttifaqı ölkələri fosil yanacaq idxalı üçün təxminən 30 milyard avro (35 milyard dollar) ödəsələr də, əlavə enerji təchizatı əldə edə bilməyiblər.
//Gülnarə Abasova, Editor.az

