Ramzan Kadırov Putini belə biabır etdi-Videobackend

Ramzan Kadırov Putini belə biabır etdi-Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın rəhbəri Ramzan Kadırov növbəti dəfə həm özünü, həm də V.Putini biabır edib. O, Ukraynadakı “nasistlər” haqqında danışarkən fantaziyar dünyasına o qədər qərq olub ki, epik şəkildə səhv danışıb.

Bu barədə Editor.az UNİAN.net-ə istinadən xəbər verir. Belə ki, Kadırov Telegram-da yerləşdirdiyi videoda Rusiya prezidenti Putini “qlavnokomondyuşiy“ (ali baş komandan) əvəzinə, “qovnokomondyuşiy” adlandırıb. Çeçenistan rəhbəri bu videoda həmçinin Ukrayna uğrunda vuruşan müsəlmanlara müraciət edib. Onun sözlərinə görə, ölkənin hər yerində israrla onları axtarsa da, tapa bilməyib. Çeçenistan rəhbəri sevimli mövzusunu da unutmayıb və çeçenləri ondan üzr istəmələrini tələb edib. Yəni Ukraynanı müdafiə edən çeçenlər üzr istəsələr, onları “bağışlamağa” hazır olduğunu bildirib. Çeçenistan rəhbəri hətta söz verib ki, guya o, Ukraynanı müdafiə edən və Rusiyaya qarşı vuruşan hərbçiləri üzr istəyəcəkləri təqdirdə, “əfv olunmalarını” Putindən xahiş edəcək. Lakin göründüyü kimi, Kadırov bütün bunları epik bir səhvi ilə bərbad edib.

  Editor.az