Çecenistan rəhbəri Ramzan Kadırov deyib ki, “xüsusi əməliyyat” başa çatdıqdan sonra Volodimir Zelenski Qroznıda mühakimə olunmalıdır, yalnız bu yolla ədalət zəfər çalacaq. Editor.az bildirir ki, bu fikri Kadırov jurnalist “Zelenskinin “bunkerindən” çıxarıldığı və “xüsusi əmliyyat”ın bitdiyi zaman harada mühakimə olunmalı olduğunu” soruşarkən deyib.
“Düşünürəm ki, Zelenski Qroznıda mühakimə olunsa daha yaxşıdır”, – Kadırov deyib. …Kiyevdə ədalət olmayacaq, lakin ədalət zəfər çalmalıdır”. Kadırov əlavə edib ki, “biz onu tapacağıq, gizləndiyi yerdən çəkib çıxardacağıq… və harada olması lazım olduğunu göstərəcəyik, bu şər ruhlarla tez qurtarmaq lazımdır”. Ramzan Kadırov həmçinin bildirib ki, bu ilin oktyabr ayının sonunda Ukraynada keçirilən “Qisas” xüsusi xüsusi əməliyyatının yalnız birinci mərhələi olub, əməliyyatın ikinci və daha sərt mərhələsinin isə anonsu verilib.
O, “xüsusi hərbi əməliyyatın” sonunda rus qoşunlarının Kiyevdə qələbə bayrağını qaldıracağını bəyan edib. Kadırov bildirib ki, Ukrayna komandanlığının öz çağırışçılarını lazımi qaydada öyrətməyə vaxtı olmayıb, həmçinin öz böyük itkilərini təlimsiz döyüşçülərlə kompensasiya edib. Belə şəraitdə Ukrayna Silahlı Qüvvələrinin itkiləri artır, Rusiya hərbçilərinə müqavimət göstərmək istəyənlərin sayı isə azalır.
//Samir Qurbanov, Editor.az