Rusiya: 900-dən çox ukraynalı əsgər Azovstaldakı cəza koloniyasına göndərilibbackend

Rusiya: 900-dən çox ukraynalı əsgər Azovstaldakı cəza koloniyasına göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Mariupol şəhərindəki Azovstal polad istehsalı zavoduna sığınan 959 ukraynalı əsgər cəza koloniyasına aparılıb.

Editor.az “The Guardian”da yer alan məlumata görə xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, bildirib ki, Azovstalda təslim olan 959 ukraynalı əsgərdən 51-ni yaralanıb. Qalanlarının Donetskin Olenivka şəhərindəki cəza koloniyasına aparıldığı bildirilir. Rusiya Müdafiə Nazirliyi də Azovstaldan çıxarılan ukraynalı əsgərlərin xəstəxanada müalicə olunduğunu göstərən video yayıb. Məsələ ilə bağlı Ukrayna tərəfindən heç bir açıqlama verilməyib. Polad istehsalı müəssisəsində neçə nəfərin qaldığı hələlik məlum deyil.

//Gülnarə Abasova, Editor.az