“Rusiya müharibəni qış fəslinə qədər uzatmaq istəyir- Əsas niyyəti…”-AÇIQLAMA  backend

“Rusiya müharibəni qış fəslinə qədər uzatmaq istəyir- Əsas niyyəti…”-AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın İrandan PUA alması xəbərləri getdikcə artır. Amma yenə də İran bu iddiaları təkzib etməkdə davam edir. Bu  PUA-lar Rusiya-Ukrayna müharibəsində ciddi dönüş yaratmayacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, bu, sadəcə Rusiya canlı qüvvəsinin itkilərinin sayını minimuma endirilməsinə hesablanmış addımdır:

“ Eyni zamanda, uzanmaqda olan bu prosesdə vaxt udmağa çalışırlar. Rusiya qış fəslində müharibənin getməsində maraqlıdır ki, əlində olan enerji silahlarından istifadə etsin. İrana düşmən mövqedə dayanan İsrail dövləti isə hər bir halda Ukraynanın istədiyi silah dəstəyini verməkdən imtina etdiyini bildirib. Ukrayna ilə bağlı baş verən bir sıra proseslər əslində çox ciddi qarışıqlıqdan xəbər verir. Ümumiyyətlə dünyada bir sıra məsələlərdə müttəfiq olan dövlətlər Ukrayna məsələsində müxtəlif , bir-birinə düşmən olan ölkələrin isə ortaq mövqedə olduğunun şahidi oluruq”.

Xəyal Bəşirov qeyd edir ki  İsrailin Ukraynaya silah dəstəyini verməməsi İranla eyni istiqamətdə dayandığını göstərmir:

“Prosesdə İsrailin öz məqsədi var. Rusiya-Ukrayna müharibəsində Avropanın xüsusilə də ABŞ və Böyük Britaniyanın rəhbərliyi altında Qərb Alyansının atdığı addımlar da həmrəylik  nümayiş etdirmir. Çünki bu bir sıra ciddi problemlər yaradır. Amerika ilə uzun müddət müttəfiqlik edən bəzi dövlətlərin bu prosesə qarşı çıxmasının şahidi oluruq. İsrail dövləti də elə bu məqamları nəzərə alaraq Ukraynaya silahların verilməsini qadağan edib. Ukraynaya silahların verilməsi münaqişənin həllinə gətirib çıxartmır. Dövlətlərin mövqeyinə görə, məsələ müharibə yolu ilə həllini tapmayacaq. Əksinə bu müharibənin uzanması dünya ölkələrində taxıl, enerji böhranı, qiymət artımı kimi amillərlə özünü göstərir.
İsrailin mövqeyi kənardan İranla uyğunluq təşkil etsə də, reallıqda heç də belə olmadığını görürük. Bu gün bir çox ekspertlər dünyanın Şərq qütbü ilə Qərb qütbü arasında Üçüncü Dünya Müharibəsinin reallaşmasından danışırlar.
Rusiya-Ukrayna müharibəsində ən ədalətli mövqeyi Türkiyə tutur. Problemin danışıqlar yolu ilə həllinə üstünlük verir. Təəssüf ki, NATO dövlətləri Türkiyə ilə eyni fikirdə deyil. Bəzi məqamlarda Avropanın NATO-ya üzv olan dövlətləri Türkiyə ilə eyni istiqamətdən yanaşmağa çalışsalar da ABŞ və Böyük Britaniyanın qorxusundan səslərini çıxarda bilmirlər. Çünki yaxşı bilirlər ki, vəziyyət gərginləşərsə, böhrandan çıxmaq üçün həmin ölkələrə böyük ehtiyac yaranacaq. Bu məsələdə dövlətlərin konkret addım atması real görünür. İsrailin Ukraynaya silah verməkdən imtina etməsi məsələnin görünən üzüdür. Gələcəkdə tamamilə fərqli mövqe tutduğunun şahidi ola bilərik”.
 
//Safura Bənnayeva, Editor.az