Rusiya ordusu “əməliyyat fasiləsi” götürmək niyyətində deyilbackend

Rusiya ordusu “əməliyyat fasiləsi” götürmək niyyətində deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya son rus əsgərinə qədər irəliləməyə qərar verərək əməliyyat fasiləsi verməyib.

Hərbi qüvvələrinin tükənməsinə baxmayaraq, Rusiya Donbas, yəni Donetsk vilayəti uğrunda döyüşün ikinci mərhələsinə başlamağa çalışır.

Editor.az xəbər verir ki, bu fikri tanınmış hərbi ekspert Oleq Jdanov YouTube-da bildirib. “Düşmənin fəallığı çox yüksəkdir, xüsusilə Donetsk və Luqansk istiqamətində. Düşünürdük ki, düşmən əməliyyat fasiləsi verəcək. Nə üçün? Çünki qoşunları yenidən geri çəkib qruplaşdırmaq, və hücum zamanı səyləri artırmaq üçün ehtiyatları səfərbər etmək üçün. Amma yox. Düşmən ikinci variantı seçdi – sonuncu rus əsgərinə qədər irəliləmək”, – Jdanov bildirib. “Düşmən Slavyansk, Kramatorsk, Baxmut üzərində son əsgərinə qədər hücum edir. Heç kim heç kimə aman vermir.

Onların işləri yaxşı getməsə də, hücumun tempini saxlamağa çalışırlar: qoşunlar xeyli dərəcədə tükənib. Biz müdafiə xəttinin yeni mərhələsindəyik. Yeni silah növləri almaq baxımından atəş gücümüzü artırırıq. Lakin buna baxmayaraq, düşmən Donbas, Donetsk bölgəsi uğrunda döyüşün ikinci mərhələsinə başlamağa çalışır”, – ekspert əlavə edib. Bundan əvvəl Oleq Jdanov bildirmişdi ki, rus işğalçıları Ukraynaya qarşı müharibədə hücumun mümkünsüzlüyünə görə “əməliyyat fasiləsi” ala bilər. Çünki Ukrayna Silahlı Qüvvələri düşmənin silah-sursat anbarlarını kütləvi şəkildə məhv edir.

  Editor.az