Rusiya ordusunda ciddi itki: iki hücum təyyarəsini itirdibackend

Rusiya ordusunda ciddi itki: iki hücum təyyarəsini itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri düşmənin iki təyyarəsini vurub.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında bildirilib.

Hesabatda deyilir: “Son sutka ərzində Ukrayna aviasiyası işğalçıların cəmləşdiyi ərazilərə 15 zərbə endirib. Müdafiəçilərimiz həmçinin düşmənin iki təyyarəsini – “Su-24M” və “Su-25”i vurublar”. Bundan əlavə, raket və artilleriya bölmələri düşmənin komanda idarəetmə məntəqəsini, canlı qüvvənin cəmləşdiyi 7 ərazini, 2 radioelektron mübarizə məntəqəsini və silah-sursat anbarını vurub.

Baş Qərargahın hesabatında qeyd olunur ki, Rusiya Federasiyası tərəfindən bütün Ukrayna ərazisində zərbə təhlükəsi yüksək olaraq qalır. “Eyni zamanda, hava hücumundan müdafiə sistemimiz gücləndirilmiş rejimdə işləyir”, – qərargah qeyd edir. Ötən sutka ərzində düşmən Ukrayna ərazisinə 2 raket və 32 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 55 hücum həyata keçirib.

  //Samir Qurbanov, Editor.az