Rusiya ordusunun “Top-zabit”i öldürülüb-FOTObackend

Rusiya ordusunun “Top-zabit”i öldürülüb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əsgərləri “dünyanın ikinci ordusu”nu məhv etməkdə davam edir. Bu dəfə Rusiya Silahlı Qüvvələrinin yüksək səviyyəli zabiti, polkovnik-leytenant Viktor Fursov “iki yüzüncülər” siyahısına daxil edilib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti, bloqqer Anatoli Stefan “Ştirlits” məlumat verib: “Podpolkovnik Viktor Fursov öldürüldü. Millətə alqış! Düşmənlərə ölüm!”, – deyə Ştirlits işğalçının məhv edilməsinin təfərrüatlarını açıqlamadan yazıb.

RosSMI xəbər verir ki, Fursov Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbini bitirib və kəşfiyyat şöbəsində təhsil alıb. O, 2022-ci ilin avqustunda müharibəyə gedib və döyüş tapşırığını yerinə yetirərkən məhv edilib. “Peacemaker” saytı qeyd edir ki, Fursov hələ kapitan rütbəsində olarkən 2014-17-ci illərdə qondarma “LDNR”in birinci və ikinci ordu korpusunda xidmət edib. Bu o deməkdir ki, işğalçı 2014-cü ildən Ukraynaya qarşı döyüşür.

  //Samir Qurbanov, Editor.az