Rusiya qərargahı sosial media paylaşımı ilə deşifrə edilib…backend

Rusiya qərargahı sosial media paylaşımı ilə deşifrə edilib…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin ilk günündən ölkənin paytaxtı Kiyevi əsas hədəf kimi təyin edən rus ordusu həftələrlə mühasirə və ardıcıl hücum cəhdlərindən sonra bölgədən geri çəkilərək istiqamətini ölkənin şərqinə çevirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu çərçivədə Rusiya bölgənin bir çox şəhərini hədəfə alaraq “Donbasdakı son qala” olaraq da bilinən Lisiçanskın nəzarətini təmin edib.

Ukraynanın gündəlik qəzeti “Pravda” rusiyalı jurnalist Sergey Sredanın avqustun 8-də Telegram-da paylaşdığı mesajda Vaqner bazasının yerini müəyyənləşdirdiyini yazıb.

Rusiyalı jurnalist bazaya gəlişinin fotolarını paylaşıb və onlardan birində onun Popasnadakı 12 nömrəli Mironovskaya olduğu qeyd olunub. Jurnalist postu sonradan silsə də skrinşot internetdə yayılıb.

Kotenok adı ilə işləyən başqa bir rusiyapərəst müharibə müxbiri Telegram-da yazıb: “Popasnadakı Vaqner bazalarından biri vuruldu. Bunu Donbasdakı mənbələrimiz də təsdiqləyir. Yəqin ki, “Himars”dır. Ukrayna mənbələri Priqojinin ölümünü xəbər verir, biz bunu təsdiq etmirik”.

Qeyd edək ki, jurnalistin bəhs etdiyi “Himars” ABŞ istehsalı olan təkmil raket atıcı top sistemidir.

//Safura Bənnayeva, Editor.az