Rusiya sərhədçiləri getdi, diplomatlar gəldi – Türkiyə sərhədində diqqətçəkən hərəkətlilik – Fotobackend

Rusiya sərhədçiləri getdi, diplomatlar gəldi – Türkiyə sərhədində diqqətçəkən hərəkətlilik – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin təmsilçiləri Türkiyə ilə sərhəddə yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsinə baş çəkiblər.

nümayəndə heyətinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəhbərlik edib. Səfər Ermənistan XİN-in hər il keçirilən işçi müşavirəsi çərçivəsində təşkil olunub.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan diplomatlara bildirib ki, “Marqara” sərhəd-keçid məntəqəsi istismara tam hazırdır. Qeyd edək ki, məntəqənin istifadəyə hazır olduğu hələ 2023-cü ilin dekabrından bildirilir.

İlkin plana əsasən, keçid məntəqəsinin ilk mərhələdə üçüncü ölkə vətəndaşları üçün açılması nəzərdə tutulurdu. Lakin bu müddət ərzində sərhədi buradan əsasən rəsmi şəxslər və Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yardım göstərməyə gedən xilasedicilər keçiblər.

2025-ci ilin martından etibarən isə Rusiya sərhədçiləri “Marqara” keçid məntəqəsində xidmətlərini dayandırıblar.