Rusiya və Belarus idmançılarının 2024-cü il Yay Olimpiya Oyunlarında iştirakına ABŞ-dan şərti icazəbackend

Rusiya və Belarus idmançılarının 2024-cü il Yay Olimpiya Oyunlarında iştirakına ABŞ-dan şərti icazə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı hərbi əməliyyatlardan sonra Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan uzaqlaşdırılması ilə bağlı müzakirələr davam edir. ABŞ Rusiya və Belarus idmançılarının 2024-cü il Yay Olimpiya Oyunlarında iştirakına dəstək verəcək.

Editor.az ABŞ mətbuatına istinadla xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre mətbuat konfransında bu barədə açıqlama verib. Onun sözlərinə görə, ölkəsi bir şərt irəli sürülüb, hansı ki, onlar “bitərəf” qalmalı, yəni öz ölkələrinin bayraqlarını daşımamamalıdırlar.

Sözçü ildirib ki, Komitə Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verərsə, Rusiya və ya Belarus bayraqlarından, emblemlərindən və ya himnlərindən istifadə qadağan edilməlidir.

Qeyd edək ki, Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Beynəlxalq Olimpiya Komitəsini (BOK) bütün Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadasında iştirakını qadağan etməyə çağırıb. Komitə isə “Heç bir idmançının sırf pasportuna görə yarışmasına mane olmamalıdır” bəyanatı ilə çıxış edərək idmançıların yarışlara “qərəzsiz” qatılması üçün alternativ təklif edib.

//Gülnarə Abasova, Editor.az