Rusiya və Keniya arasında birbaşa aviareyslərin açılması müzakirə olunurbackend

Rusiya və Keniya arasında birbaşa aviareyslərin açılması müzakirə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Keniya arasında birbaşa hava əlaqəsinin yaradılması istiqamətində müzakirələr aparılır. Lakin bu təşəbbüsün reallaşması iqtisadi səmərəlilik və praktiki məqsədəuyğunluqdan asılı olacaq.

Bu barədə Rusiyanın Nayrobidəki səfirliyinin nümayəndələri müsahibəsində məlumat veriblər.

Diplomatik nümayəndəlikdən bildirilib ki, iki ölkə arasında birbaşa aviareyslərin açılması uzunmüddətli perspektiv üçün nəzərdə tutulan məsələlərdən biridir. Layihənin həyata keçirilməsi ilə bağlı qərar hər iki ölkənin müvafiq nəqliyyat qurumları tərəfindən iqtisadi əsaslandırma və praktiki imkanlar nəzərə alınmaqla veriləcək.

//Gülnarə Abasova, Editor.az