Rusiya yeni silahlarla hədələyirbackend

Rusiya yeni silahlarla hədələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi təbliğat mediası vasitəsilə 2023-cü ildə Rusiya ordusunda guya yeni hərbi texnika və raketlərin peyda olacağı barədə məlumatlar yayırlar.

Editor.az bildirir ki, bu barədə TASS Müdafiə Nazirliyinə istinadən xəbər yayıb. Xəbərə görə, bu il Rusiya ordusunun 4 sualtı qayıq və 12 suüstü gəmi alacağı iddia edilir. Müdafiə Nazirliyi həmçinin “Kinjal” və “Sirkon” yüksək dəqiqlikli hipersəs raket komplekslərinin tədarükünü artıracağı və digər “perspektivli modellər” üzərində işi davam etdirəcəyi ilə hədələyir.

Bundan əlavə, müdafiə departamenti özünün qondarma nüvə triadasını gücləndirməklə öyünür. Beləliklə, 2023-cü ildə Rusiya ordusunun aşağıdakı silahları alacağı bildirilir: “Yars”, “Avanqard” və “Sarmat” qitələrarası ballistik raketli 22 buraxılış qurğusu; 3 strateji raket daşıyıcısı “Tu-160”; “Borey-A” layihəsinin nüvə sualtı qayığı “İmperator III Aleksandr” Qeyd edək ki, mesaj Qərbin Ukraynaya kütləvi silah tədarükünin həyata keçirildiyi bir vaxtda ortaya çıxıb.

// Samir Qurbanov, Editor.az