Rusiyada səfərbərlik elanı: Kişilər ölkədən qaçır?backend

Rusiyada səfərbərlik elanı: Kişilər ölkədən qaçır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiya fevralın 24-də Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatda məqsədlərinə çata bilmədikdə qismən hərbi səfərbərliyə qərar verdi. Rusiya prezidenti Vladimir Putinin bütün dövlət kanallarında yayımlanan çıxışı ilə elan etdiyi səfərbərliyin təfərrüatlarını müdafiə naziri Sergey Şoyqu verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, müdafiə nazirinin verdiyi məlumata görə, qismən səfərbərlik çərçivəsində cəmi 300 min ehtiyatda olan əsgər vəzifəyə çağırılacaq. Xəbərdən sonra ruslar həm quru, həm də hava yolu ilə ölkəni tərk etməyə başladılar. Gürcüstan sərhədində kilometrlərlə növbələr yaranıb. Gürcüstanla sərhədindəki Yuxarı Lars keçid məntəqəsində avtomobil növbəsinin təxminən 5 kilometr olduğu bildirilib. Gürcüstan rusların vizasız girə bildiyi azsaylı qonşu ölkələrdən biridir. Rusiya ilə 1300 kilometr sərhədi olan Finlandiya isə viza tələb edir.

Hava yolu ilə gedilə bilən nöqtələr arasında İstanbul, Belqrad və Dubay liderlik edir. Hərbi səfərbərlik qərarından sonra Türk Hava Yollarının (THY) bilet qiymətlərinin həddindən artıq artması diqqət çəkib.

Kreml isə Qərb mətbuatında hərbi yaşda olan rus kişilərin ölkədən qaçması xəbərinin “şişirtmə” olduğunu bildirir.

//Safura Bənnayeva, Editor.az