Rusiyada yeni səfərbərlik: daha 400 min nəfər peşəkar hərbi xidmətə cəlb olunacaqbackend

Rusiyada yeni səfərbərlik: daha 400 min nəfər peşəkar hərbi xidmətə cəlb olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Federasiyasının Müdafiə Nazirliyi aprelin 1-dən orduya müqaviləli əsgərlərin yeni qəbuluna başlayacaq. Editor.az bildirir ki, bu barədə “Azadlıq” radiosunun rus xidməti məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi regionlara müqavilə imzalanmalı olan şəxslərin sayını göstərən sənədlər göndərib.
Qeyd olunur ki, Rusiyanın bir neçə regional mediası Rusiya ordusunun sıralarını doldurmalı olan müqaviləli əsgərlərin ümumi sayını dərc edir. Orduya 400 min müqaviləli hərbçinin cəlb edilməsi planlaşdırılır.
Nəşr yazır ki, işin əsas hissəsini hərbi komissarlıqlar həyata keçirəcək, planın həyata keçirilməsinə isə qubernatorlar cavabdeh olacaqlar. Məlumatda həmçinin bildirilir ki, Rusiya Federasiyasının Çelyabinsk və Sverdlovsk vilayətlərində peşəkar xidmət üçün 10 min, Perm ərazisindən isə 9 min nəfər peşəkar hərbi xidmətə cəlb edilməlidir.
  //Samir Qurbanov,Editor.az