Samuxda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb – FOTObackend

Samuxda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Editor.azın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri Raqif Balakişiyev və Elgiz Quliyev qabaqcadan əlbir olaraq rayon ərazisindəki 2 fərdi yaşayış evindən müxtəlif məişət avadanlıqlarını oğurlayıb. Şübhəli şəxslər saxlanılaraq maddi sübutların bir qismi ilə birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

//İlham, Editor.az