Separatçı rejimin “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıbbackend

Separatçı rejimin “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma rejimin “müdafiə naziri” Cəlal Arutyunyan yaralandığına görə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu barədə Ermənistanın “Telegram” kanalları məlumat yaymağa başlayıb.

“Qərarın” separatçıların başçısı Araik Arutunyan tərəfindən verildiyi bildirilir.

Artıq C.Arutyunyanın yerinə yeni “müdafiə naziri” də təyin olunub. Bu, Mikael Arzumanyandır.

Qeyd edək ki, bu gecə yayılan məlumatlara əsasən, qondarma rejimin Müdafiə naziri Cəlal Arutyunyan Azərbaycan ordusu tərəfindən məhv edilib.

Lakin bu xəbər Ermənistan tərəfindən rəsmi olaraq təsdiqini tapmayıb.