Sərvər Bəşirli Türkiyə prezidentinin sarayında iftara dəvət alıb – FOTObackend

Sərvər Bəşirli Türkiyə prezidentinin sarayında iftara dəvət alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan ölkələrimizin qardaşlıq münasibətlərinin simvoluna çevrilmiş Sərvər Bəşirlini iftara dəvət edib.

Mərasim Türkiyədə, prezident sarayında baş tutub. Mərasimdən fotoları Əminə Ərdoğan paylaşıb.

İftara Sərvər Bəşirlinin yaxın qohumları da dəvət alıblar.

İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.

Xatırladaq ki, Türkiyədə 6 fevral tarixində baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan münasibətlərinin simvoluna çevrilib.