Stoltenberq: Avropa İttifaqı NATO olmadan özünü müdafiə edə bilməzbackend

Stoltenberq: Avropa İttifaqı NATO olmadan özünü müdafiə edə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqının (Aİ) Şimali Atlantika Alyansı olmadan Avropanı müdafiə edə bilməyəcəyini deyib.

Editor.az xəbər verir ki, bu barədə o, NATO-nun baş katibi “Washington Post” qəzetinə müsahibəsində açıqlama verib.

“Əgər NATO xəritəsinə baxsanız, şimalda Norveç, cənubda Türkiyə var, lakin təbii ki, ABŞ, Kanada və Böyük Britaniya da Avropanın müdafiəsi üçün kritik rol oynayır”,-deyə o bildirib. Şimali Amerika ilə Avropa arasındakı bağı zəiflətmək üçün hər hansı siyasi cəhdin təkcə NATO-nu deyil, Avropanın özünü də parçalayacağına işarə edən Stoltenberq NATO-nun qlobal bir ittifaq olmayacağını və Asiyadan üzv qəbul etməyəcəyini də vurğulayıb.

//Gülnarə Abasova, Editor.az