Sülh müqaviləsi ölkələrimiz arasında düşmənçilik səhifəsini bağlayacaq: “Qonşu ölkələr olaraq yaşamağa məhkumuq”- ŞƏRHbackend

Sülh müqaviləsi ölkələrimiz arasında düşmənçilik səhifəsini bağlayacaq: “Qonşu ölkələr olaraq yaşamağa məhkumuq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsi bağlanarsa ölkələrimiz arasında düşmənçilik səhifəsi bağlanacaq. Düşmənçilk səhifəsinin bağlanması Ermənistana yeni perspektivlər açır. Yəni, biz bir-birimizlə qonşuluq münasibətləri yarada biləcəyik. Ölkələrimiz arası kommunikasiyalar açılacaqdır. Biz Naxçıvana və Türkiyəyə manesiz keçə biləcəyik. O cümlədən, Ermənistan əhalisi də Azərbaycanın ərazisindən Rusiyaya getmək imkanı əldə edəcəkdir. Həm də Ermənistanın Türkiyəyə qapıları açılacaq və Azərbaycanla münaqişəyə görə pozulmuş münasibətlər yenidən formalaşacaq, regiona uzunmüddətli və dayanıqlı sülh gələcək. Rusiya sülhməramlıların nəzarəti altında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək daha yaxşı yaşayışa qovuşa biləcəklər. Regionda yeni iqtisadi canlanma baş verəcəkdir ki, bu da ölkələrarası əlaqələrin inkişafına xidmət edə bilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili qeyd edib ki, sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalı, müqavilə mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır:

“”Əminəm ki, buna tez nail olmaq mümkündür. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq”,- deyə Prezident söyləyib. Bəli, sülh müqaviləsi Azərbaycanın təqdim etdiyi əsas 5 baza prinsipi üzərində formalaşcaq. Təqdim etdiyimiz 5 baza prinsipi Ermənistan və görüşlərin bütün tərəfləri tərəfindən qəbul etmişdir. Çünki bu prinsiplər BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalara söykənmişdir. Sülh müqaviləsi çox böyük və bir neçə səhifədən ibarət yox, sadəcə bir neçə maddədən ibarət qısa və konkret sənəd olmalıdır. Yaradılacaq işçi qrup da təqdim etdiyimiz 5 prinsip üzərində sülh müqaviləsi hazırlanmalı və paraflanmalıdır. Sülh müqaviləsinin bağlanması qeyd olunduğu kimi ölkələrimizin suverenlik hüquqlarının rəsmi tanınmasıdır. Ölkələrimiz arası münasinbətlər də sivil suveren dövlətlər arasındakı münasibətlər olaraq formalaşacaq. Sülh müqaviləsi nə qədər tez bağlanarsa, regionumuza sülh və əminamanlıq da o qədər tez gələr”.

“Azərbaycan və Ermənistan qonşu respublikalardır. Biz  heç vaxt bir-birimizi qonşuluqdan çıxarda bilmərik və qonşu ölkələr olaraq yaşamağa məhkumuq. Ona görə də ölkələrimiz arasında səmimi qonşuluq münasibətlərini yaratmağa çalışmalıyıq. Bu münasibətlərin səmimiliyi nə qədər tez formalaşarsa ölkələrimiz üçün də o qədər çox faydalı olar”,- deyə Azər Badamov əlavə edib.

//Gülnarə Abasova, Editor.az