Tayvan adanın ətrafında 39 Çin döyüş təyyarəsi və 13 gəminin göründüyünü bildiribbackend

Tayvan adanın ətrafında 39 Çin döyüş təyyarəsi və 13 gəminin göründüyünü bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan ətrafındakı təlimlərlə bağlı verilən hava və dəniz təhlükəsizliyi xəbərdarlığının (NOTAM) müddəti bazar günü günorta saatlarında başa çatsa da Çin ordusu dünənki təlimlərini davam etdirib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi Çinin ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən sonra başladığı hərbi təlimlərin 5-ci günündə adanın ətrafında 39 döyüş təyyarəsi və 13 döyüş gəmisinin göründüyünü açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Çinin hava və dəniz vasitələrinin elektron izləmə vasitələri, patrul təyyarələri, gəmilər və raket sistemləri ilə izləndiyi bildirilib.

Qeyd edək ki, 6 bölgədə həyata keçirilən təlimlər səbəbiylə bəzi bölgələr gəmi və təyyarələrin hərəkətinə bağlanarkən, Boğazda təhlükəsizlik səbəbiylə səfərlərin dayandırıldığı bildirilib.

//Gülnarə Abasova, Editor.az