Tərtərdə meşə zolağında yanğın olub – VİDEObackend

Tərtərdə meşə zolağında yanğın olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunun Gülabadlı kəndi ərazisində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində meşə zolağında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0,8 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.