Türkiyədə beynəlxalq qaz qovşağının yaradılmasına hazırlıq gedirbackend

Türkiyədə beynəlxalq qaz qovşağının yaradılmasına hazırlıq gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən Avropaya qaz tədarük edəcək qovşağın yaradılmasına hazırlıq işləri barədə məlumat verib.

Bu barədə o, TRT telekanalının efirində bildirib.

“Bildiyiniz kimi, Putin Avropaya təbii qazın paylanması üçün Türkiyədə qaz qovşağı yaratmağı təklif edib. İndi biz buna hazırlaşırıq”, – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, bu ilin oktyabrında Vladimir Putin Rusiyanın “Şimal axını” ilə itirilmiş tranzit həcmini kompensasiya etmək üçün Türkiyədə qaz qovşağı yaradıla biləcəyini demişdi.

Oktyabrın 25-də Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Denmez isə respublikanın qovşaq layihəsi üzrə işlərin bir hissəsinin yerinə yetirilməsinə başladığını elan etmişdi.

  //Samir Qurbanov, Editor.az