Türkiyədə zəlzələlərdə dağılan binalarla bağlı həbs olunanların sayı artıbbackend

Türkiyədə zəlzələlərdə dağılan binalarla bağlı həbs olunanların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində dağılan və ya zədələnən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1171 şübhəlinin məsuliyyəti müəyyən edilib.

İstintaq çərçivəsində 99-u podratçı, 149-u tikinti nəzarətçisi, 13-ü bina sahibi, 18-i binada dəyişiklik edən şəxs olmaqla, bütövlükdə 279 şübhəli həbs edilib.

Həmçinin 77-si podratçı, 217-si binaya cavabdeh, 45-i bina sahibi, 31-i isə binada dəyişiklik edən 370 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.

Bundan başqa, 250 şübhəli barəsində saxlanılma, 95 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq şübhəlilərdən 50-nin həyatda olmadığını, 2 nəfərin isə həbsdə olduğunu müəyyən edib. Araşdırmalar zamanı 22 şübhəlinin xaricdə olduğu üzə çıxıb. 103 şübhəli isə ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Mənbə: Anadolu