Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan varbackend

Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucarda yol qəzasında xəsarət alan var.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Qazax yolunun Ucar rayonu ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobili qəzaya uğrayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub.

Qəza nəticəsində yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan şəxs FHN-in əməkdaşları tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.