Uğur böcəklərini niyə əllə tutmaq olmaz? Alimdən xəbərdarlıqbackend

Uğur böcəklərini niyə əllə tutmaq olmaz? Alimdən xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bioloqlar və həkimlər əllə tutulan bəzi həşəratların insanlarda qıcıqlanma və allergik reaksiyalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Editor.az xəbər verir ki, rusiyalı biologiya üzrə alim və professor Mixail Gildenkovun sözlərinə görə, xalq arasında “əl böcəyi” və ya “uğur böcəyi” kimi tanınan böcəkləri əllə tutmaq məsləhət görülmür. Səbəb onların təhlükə hiss etdikdə müdafiə mexanizmi kimi zəhərli maddələr ehtiva edən xüsusi maye ifraz etməsidir.  

Alimin izahına görə, bu həşəratlar hemolimfa adlı maye ifraz edir və onun tərkibində acı və toksik xüsusiyyətlərə malik kantharidin maddəsi olur. Ayrılan miqdar insanların əksəriyyəti üçün ciddi təhlükə yaratmasa da, xüsusilə həssas dəridə qıcıqlanma və bəzi şəxslərdə allergik reaksiyalara səbəb ola bilər.  

Mütəxəssislər qeyd edirlər ki, yay aylarında allergiya təkcə ağcaqanad, arı və ya eşşəkarısının sancması ilə deyil, həm də bəzi sancmayan həşəratlarla təmas nəticəsində yarana bilər. Hətta həşəratın bədən hissəcikləri və ya ifraz etdiyi maddələr də həssas insanlarda allergik reaksiyaları tətikləyə bilər.  

Mütəxəssislər xüsusilə uşaqların bu cür həşəratlarla oynayarkən ehtiyatlı olmasını, təmasdan sonra isə əllərin mütləq yuyulmasını tövsiyə edirlər.

//Gülnarə Abasova, Editor.az