Avqustun 16-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk “Facebook” sosial şəbəkəsində Ukrayna hərbi hava qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətində körpüyə endirdiyi zərbənin videosunu dərc edib.
Oleşçuk yazıb: “Hərbi Hava Qüvvələrinin aviasiyası Kursk istiqamətində döyüş əməliyyatlarında fəal iştirak edir. Ukrayna pilotları düşmənin dayaq məntəqələrinə, texnikanın yığılmasına, eləcə də logistika mərkəzlərinə və tədarük marşrutlarına zərbələr endirirlər.
//Samir Qurbanov, Editor.az


