Ukrayna Ordusunun uğurlu əks-hücumları davam edirbackend

Ukrayna Ordusunun uğurlu əks-hücumları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rus işğalçıları təşviş içərisindədir və itkilər verməkdə davam edir.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib. “Düşmən itki verməkdə davam edir. Xarkov istiqamətində işğalçı ordunun 20-ci Əlahiddə Ümumqoşun Ordusunun 3-cü motoatıcı diviziyasının bölmələri təchizat marşrutundan məhrum olub, şəxsi heyət təşviş içindədir. Həmçinin intensiv atışmalar gedir. Bu istiqamətdə düşmənin ciddi sanitar itkiləri var”, – məlumatda deyilir.

Ötən gün ərzində 75-dən çox yaralı rus əsgəri Belqorod vilayətinin Valuiki qəsəbəsinə çatdırılıb, yüzdən çox işğalçı isə Belqoroddan Moskvaya təxliyə edilib. Xatırladaq ki, Baş Qərargah sentyabrın 10-na olan hesabatında Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində və Cənubi Buq istiqamətində yaşayış məntəqələrini azad etməkdə davam etdiyini bildirmişdi. Həmçinin dünən ukraynalı müdafiəçilər bütün cəbhə xətti boyu 8 yaşayış məntəqəsi ərazisində işğalçıların hücumunu dəf ediblər.

  //Samir,Editor.az