Ukraynada döyüş əməliyyatlarına kim rəhbərlik edir?backend

Ukraynada döyüş əməliyyatlarına kim rəhbərlik edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın döyüş meydanlarındakı rus generallara Vladimir Putin özü əmrlər verir.

Editor.az xəbər verir ki, bu barədə Amerika və Qərb kəşfiyyatının məlumatlarına əsaslanan CNN bildirir.

Məlumata görə, müdafiə xətlərini gücləndirmək üçün səyləri cəmləşdirmək mövzusunda razılığa gəlməyə çalışan Rusiya hərbi rəhbərləri arasında da ciddi fikir ayrılıqları var.

CNN bildirir ki, Rusiya ordu rəhbərliyinin hərbi ehtiyatların şimal-şərqə köçürülməsi ilə bağlı bəyanatlarına baxmayaraq, Moskva yenə də Ukraynanın hücumlarının davam etdiyi cənub istiqaməti seçib.

Xarkov yaxınlığındakı uğursuzluğa cavab olaraq Rusiya hərbi rəhbərliyində dəyişikliklər baş verib və məlumatlara görə, komandanlıq strukturu əvvəlkindən daha çox nizamsızlaşıb. Rusiya qüvvələri səfərbər olsa belə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlarına ciddi müqavimət göstərmək imkanları xeyli məhduddur.

 //Samir, Editor.az