Ukraynada hava hücumu xəbərdarlığı: Rusların “böyük hücumu” başlandı?backend

Ukraynada hava hücumu xəbərdarlığı: Rusların “böyük hücumu” başlandı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu gecə saatlarında Zaporojye şəhərinə hücum ediblər. Bu, işğalın başlanğıcından bəri şəhərə edilən ən böyük hücumdur. Editor.az bildirir ki, bu barədə şəhər şurasının katibi Anatoli Kurtev məlumat verib.

Onun sözlərinə görə, bir saat ərzində Zaporojyeyə 17 raket zərbəsi endirilib. Rusiya ordusunun hərbçiləri enerji infrastrukturu obyektlərinə də hücum ediblər. Hazırda dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir: “Bu pislik ordusunun qadir olduğu yalnız budur – yatmış şəhəri atəşə tutmaq və infrastrukturu dağıtmaq. Amma bizi sındırmaq olmaz.

Dayanmışıq”, – Kurtev qəzəblə deyib. Beləliklə, fevralın 10-da səhər saatlarında Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib. Xarkov, Dnepr və Zaporojyedə partlayışlar baş verib. Təxminən saat 4:00-da cənubda qərb və Odessa istisna olmaqla, bütün bölgələr alov rənginə bürünüb. Şəhər raketlər və “Şahed”lərlə vurulub. Səhər saatlarında Xarkov və vilayətdə də silsilə güclü partlayışlar baş verib. Rusiya kritik infrastrukturları hədəf alaraq bölgəyə hücuma başlayıb.

  //Samir Qurbanov, Editor.az