Ukraynalı hərbçilər Xersonun 10 kilometrliyində: “Bizi gözləyin, dostlar, mütləq orada olacağıq” – VİDEObackend

Ukraynalı hərbçilər Xersonun 10 kilometrliyində: “Bizi gözləyin, dostlar, mütləq orada olacağıq” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Xersondan cəmi 10 kilometr aralıdadır.

Bu barədə Xerson istiqamətində döyüşən Ukrayna hərbçilərinin videomüraciətində deyilir.

“Mən Xerson sakinlərinə müraciət etmək istəyirəm – biz artıq yaxındayıq, Xersondan 10 kilometr aralıdayıq, ona görə də bizi gözləyin, dostlar, biz mütləq orada olacağıq”, – deyə hərbçi vurğulayıb.

Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin verdiyi məlumata görə, ukraynalı müdafiəçilər düşmənin cənub istiqamətindəki qruplaşmalarını artilleriyadan uğurla atəşə tuturlar.

“Xerson istiqamətində onlar (işğalçılar – UNİAN) artilleriyamız tərəfindən yaxşı “sındırıldı”, Zaporojye istiqamətində isə gəldilər, gəldilər, gəldilər, lakin gəlib çata bilmədilər, çünki “döyüldülər””, – deyə Arestoviç bildirib.

İyunun 11-də məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Kiselevka, Soldatskoye və Aleksandrovka istiqamətlərində əks-hücum əməliyyatı keçirir.

Xatırladaq ki, Xerson vilayəti müharibənin ilk günlərindən Rusiya ordusu tərəfindən işğal edilib.

oxu.az