Valeri Zalujnıya “Ukrayna qəhrəmanı” adı verildibackend

Valeri Zalujnıya “Ukrayna qəhrəmanı” adı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, general Valeri Zalujnıya Ukrayna Qəhrəmanı adı verib.

Editor.az bildirir ki, 61/2024 nömrəli müvafiq fərman prezidentin saytında dərc olunub. Sənədin mətnində qeyd olunur ki, bu ada Zalujnı “ölkənin dövlət suverenliyi və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi nailiyyətlərinə və Ukrayna xalqı qarşısında fədakar xidmətinə görə” verilib.

“General Zalujni Valeriy Fedoroviçə “Qızıl Zirka” ordeni ilə Ukrayna Qəhrəmanı adı verilsin”, – Zelenskinin 8 fevral tarixli fərmanının mətnində deyilir. Xatırladaq ki, həmin gün Zelenski 59/2024 saylı fərmanı ilə Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib və yerinə Aleksandr Sırskini təyin edib.

//Samir Qurbanov, Editor.az