Vətəndaşlar sərbəst vəsaitlərini niyə daha çox daşınmaz  əmlaka yönəldir?- SƏBƏBLƏR AÇIQLANDIbackend

Vətəndaşlar sərbəst vəsaitlərini niyə daha çox daşınmaz  əmlaka yönəldir?- SƏBƏBLƏR AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əhalinin əksər hallarda daşınmaz əmlaka investisiya qoymağa meyl etməsi yeni fakt deyil. Vətəndaşlar çox zaman sərbəst vəsaitlərini daşınmaz  əmlaka yönəldir. Bu tendensiya hələ çox davam edəcək”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

İqtisadçı vətəndaşların daha çox daşınmaz əmlaka investisiya yatırmasının səbəblərinə toxunub:

” Daşınmaz əmlaka yatırılan vəsait banka qoyulan depozitdən daha çox risksizdir. Belə ki, banka yatırılan əmanət bankın müflis olması ilə bata bilər. Doğrudur, ölkəmizdə Əmanətlərin  Sığortalanması Fondu mövcuddur və son dövrdə bağlanan banklarda əhalinin əmanətlərinin batması hadisəsinə rast gəlinməyib. Lakin daşınmaz əmlaka yatırılan vəsait heç bir gəlir gətirməsə də ən azı yatırıldığı dəyərini itirmir. Çünki əmlak bazarında qiymətlər heç bir zaman enmir. Ancaq istehlak qiymətlərinin dəyişməsi, inflyasiya, devalvasiya təhlükəsi ilə banka qoyulan depozit risk altındadır. Bankalara yatırılan əmanətlər manat üzrə 12 faiz, ABŞ valyutası ilə isə 3 faizə qədər sığortalı xarakter daşıyır və 100 min manata qədər vəsait yerləşdirmək mümkündür. Ona görə də banka qoyulan pul kütləsi və depozitin batma təhlükəsi olmasa da dəyərini itirməsi və inflyasiyaya uğraması mümkündür. Bu halda vətəndaş banka yerləşdiyi vəsaitin dəyərinin itirməsindən sığortalı deyil. Bu amilləri nəzərə alsaq, əhali sərbəst vəsaitlərini daha çox ev, torpaq, obyekt almağa sərf etməyi üstün tutur, nəinki yüksək gəlir vəd edən banklara yerləşdirməyi..”.

P.Heydərovun sözlərinə görə, əhalinin əksəriyyətinin daşınmaz əmlaka vəsait yatıracaq qədər sərbəst pulu yoxdur:

“Vətəndaşların daha çox banka yatıracaq qədər sərbəst pulu var. Ona görə də banklar da əhalinin inamını qazanmaq üçün depozit cəlbinin stimullaşdırılması istiqamətində müvafiq addımlar atmalıdır. Bu baxımdan isə banklar arasında rəqabət güclü olmalıdır”.

//Gülnarə Abasova, Editor.az