Rusiya Ukraynaya qarşı yeni kütləvi raket zərbələri hazırlayır, təcavüzkar ölkə gəmilərini Qara dənizə çəkir, döyüş təyyarələri isə Həştərxanda havaya qalxmağa hazırlaşır.
Editor.az bildirir ki, bu barədə Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim öz Telegram-da danışıb. “Gəmilər yenidən Qara dənizə daxil olurlar, yəni “Kalibr”ləri yenidən doldurub Həştərxandan hücuma hazırlaşdırırlar. Hipotetik olaraq daha çox zərbələr ola bilər. Ona görə də hava hücumu siqnallarına diqqət yetirin, təhlükəsizliyinizi diqqətdən kənarda qoymayın, ” – Nikolayev hərbi administrasiyasının rəhbəri deyib. Kim həmçinin Nikolaev vilayətinin sakinlərindən Rusiyanın raket zərbələri nəticəsində işıqsız qalma riski ilə üzləşən Ukraynanın digər bölgələrinə də kömək etməyi xahiş edib. “Xüsusilə, Nikolayev vilayətin üzrə xahiş edirəm.
Pik saatlarda elektrik enerjisi istehlakını məhdudlaşdırmalıyıq. Bizim kritik infrastruktur üçün “gəlişlərimiz” yoxdur, lakin qalan bölgələrə kömək etməliyik, çünki vahid bir sistem var. Orada olan gərginliyin və elektrikin miqdarı eynidir. Ona görə hamıdan xahiş edirəm, istehlakı mümkün qədər məhdudlaşdırmaq lazımdır… Şəhərdə hava qaraldıqdan sonra şəhərdə trolleybuslar bir qədər az-az göründükdə təəccüblənməyin. “, – Kim əlavə edib.
//Samir,Editor.az