Xerson vilayətindən daha 70 min əhali köçürülürbackend

Xerson vilayətindən daha 70 min əhali köçürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xerson vilayətindən dinc əhalinin təxliyəsi başlayıb.

Editor.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo “Solovyev-Live”nin efirində deyib. Saldonun sözlərinə görə, Dnepr çayının sol sahilindən 70 minə qədər insanın köçürülməsinin planlaşdırılır. Təxliyyə mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir.
Qubernator əvəzi qeyd edib ki, Dnepr çayının sol sahili boyunca, Kaxovkadan başlayaraq Qolaya Pristana qədər olan 15 kilometrlik zonada artıq işə başlamışıq… Təxminən 70 min insan Xerson vilayətinin dərinliklərinə, eləcə də Rusiya Federasiyasının digər bölgələrinə köçürüləcək.

Xatırladaq ki, 2022-ci il oktyabrın 28-də Xerson vilayətinin hakimiyyət orqanları bölgənin sağ sahili hissəsindən, eləcə də Xerson şəhərinin özündən mülki əhalinin təxliyyəsinin başa çatdığını elan edib. Lakin yeni subyekti tərk edənlərin dəqiq sayı məlum deyil.

//Samir Qurbanov, Editor.az