Zelenski Qafqaz xalqlarına müraciət etdibackend

Zelenski Qafqaz xalqlarına müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdəki Şeyx Şamil abidəsinin önündən Qafqaz xalqlarına müraciət edib

Bu barədə Ukrayna Prezident Aparatı məlumat yayıb.

“Qafqazlılara səslənirəm. Sizləri bura göndərənləri tanıyırsınız. Sizlər Rusiyanın alçaqlıqla apardığı bu müharibədə ölmək məcburiyyətində deyilsiniz.

Yaşamaq istədiyinizə əminəm. Azadlığınızı küçələrdə, meydanda axtarın ki, sonra dağlarda döyüşmək məcburiyyətində qalmayın. Məhv olmamaq üçün mübarizə aparmalısınız”, – prezident mesajında deyib.

Yenisabah