backend

Siyavuş Novruzov: "Büdcəmizin strukturu sosializm dövründəkindən fərqlənməlidir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın dövlət strukturları cənab prezidentin iş mexanizminə uyğunlaşmalıdır”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin komitələrinin birgə iclasında büdcə müzakərləri zamanı bildirib. O qeyd edib ki, dövlət struktukturları prezidentin fəaliyyətini yaxından izləməli, onun iş mexanizmini mənimsəməli və fəaliyyətlərini ona görə qurmalıdırlar.
S. Novruzov deyib ki, büdcənin strukturunda dəyişiklik aparılmalıdır: “Mən 20 ildir Milli Məclisdə büdcə təsdiqində iştirak edirəm, ele eyni şey gəlir. Filan yerdən azaltdıq, flıan yeri artırdıq. Cənab prezident mütəmadi sərəncamlar verir, qərarlar qəbul edir, sürətli islahatlar gedir. Büdcə strukturu da buna uyğunlaşmalıdır. Büdcə strukturunun müasir formasını tapmaılyıq. Büdcəmiz keçmiş sosializm dövründəkindən fərqlənməlidir. Yeni və fərqli büdcə strukturumuz olmalıdır. Keçmiş sosializmdən fərqlənməliyik”.
S. Novruzovun sözlərinə görə, indi dünyada büdcələr Marksın və digərlərinin nəzəriyyələri ilə deyil, siyasi nəzəriyyələrlə formalaşdırılır: “Götürək neftin qiymətini. Biz bunu büdcədə əvvəlcə 25, sonra da 40 ABŞ dolları həcmində müəyyən etmişdik. İndi də 45 dollardan hesablanır. 2018-ci ilin dövlət büdcəsində neftin qiymətinin daha az götürülməsi məqsədəuyğundur. Neftdən gələn pul Dövlət Neft Fonduna yığılmalıdır. Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyindən də deyirlər ki, inkişaf var. Bu sahədə gəlirlər varsa, neftin qiymətini büdcədə niyə artrırırıq? Əksinə, aşağı salmaqla o sahələri daha çox inkişaf etdirə bilərik. Bilmirik ki, siyasi münasibətlər necə olacaq və neftin qiyməti necə dəyişəcək. Neftin qiyməti siyasətlə bağlıdır”.
Deputat əlavə edib ki, bir də yığışaraq neftin büdcədə qiymətini endirib-qaldırmaq əvəzinə, qiyməti 25-30 dollar həcmində müəyyən etmək olar: “Həmin vəsait Dövlət Neft Fonduna yığılar və lazım olanda sərf edərik. Əgər keçən ili, iki il əvvəli götürsək, görərik ki, həmin vaxt yeni sahələr axtarmağa başladıq, kənd təsərrüfatının inkişafına nail olduq. Hazırda da yüksək templə işlər gedirsə, Dövlət Neft Fonduna pul yığılan kimi niyə büdcəyə köçürməliyik ki, ordan da biri sağa, biri sola xərcləsin?..”
//APA